Polşada kişi ukraynalı sandığı həmvətəninə hücum etdi
Polşanın Lodz şəhərində bir polşalı digər polşalıya ukraynalı olduğunu düşündüyü üçün hücum edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hadisə iyulun 11-də baş verib.
Polisin məlumatına görə, hücum edən şəxs zərərçəkənin telefonla danışığını eşidib və onun ukraynalı olduğunu güman edib. Daha sonra ona yumruqla baş nahiyəsindən zərbə vurub və sənin Polşada yerin yoxdur deyə qışqırıb.
Lakin sonradan məlum olub ki, hücuma məruz qalan şəxs əslində Polşa vətəndaşıdır.
Hücum nəticəsində kişi burnu və çənəsi sınıqları ilə xəstəxanaya yerləşdirilib. Daha sonra polisə müraciət edərək ərizə verib.
Hazırda hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntülərini araşdırır, hücum edən şəxsi və mümkün şahidləri axtarır.
21:18 14.07.2026
Oxunuş sayı: 52