Texnologiya

“Tesla”-da təhlükəsizlik problemi: 700 min avtomobil geri çağırılır

Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı “Tesla” çətin bir dövrə qədəm qoyur. Şirkət, tam 700 min avtomobilini geri çağırır.

Elektrikli avtomobil sektorunun lider markası “Tesla”, bu dəfə olduqca genişmiqyaslı bir geri çağırma əməliyyatı ilə gündəmə gəlib. “ABŞ Milli Yollar və Avtomobil Təhlükəsizliyi İdarəsi (NHTSA)”, 700 min “Tesla” avtomobilini əhatə edən problem səbəbindən istifadəçiləri xəbərdar edib. Problem, avtomobillərin təkər təzyiqi izləmə sistemi (“TPMS”) xəbərdarlıq işığının bəzi hallarda sürüşlər arasında yanıq qalmaması ilə bağlıdır. 

Bu geri çağırma, “Tesla”-nın son dövrlərdə qarşılaşdığı problemlərdən biri olub. Ötən il “NHTSA”, xüsusilə “Cybertruck” modelində arxa görüntü kamerası, nasaz şüşəsilənlər və boş baqaj qapaqları kimi müxtəlif problemlər səbəbindən ümumilikdə yeddi dəfə geri çağırma əmri vermişdi.

Bununla yanaşı, ötən ilin iyun ayında “Tesla”, 1,8 milyon avtomobilə başqa bir proqram yeniləməsi göndərərək 2021-2024 “Model 3”, “S” və “X”, eləcə də 2020-2024 “Model Y” modellərində kapotların düzgün bağlanmaması səbəbindən hərəkət zamanı açılma riskini aradan qaldırmışdı.

Şirkət istifadəçilərin narahatlıqlarını aradan qaldırmaq üçün problemin yalnız proqram təminatı ilə bağlı olduğunu və bir yeniləmə ilə sürətlə həll ediləcəyini bildirib. Əgər siz də geri çağırma çərçivəsində olan elektrikli avtomobil sahibisinizsə, 15 fevral tarixindən etibarən göndəriləcək bildiriş və e-poçtları yoxlamağınız tövsiyə olunur.

Nərgiz Camalzadə

15:05 23.12.2024

Oxunuş sayı: 5751

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR