Odessa limanında daha üç gəmi hədəfə alındı
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Odessa limanının reyd zonasında daha üç quru yük gəmisinə hücum edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, gəmilər zərbə tipli pilotsuz uçuş aparatları (PUA) vasitəsilə vurulub.
Hadisənin detalları və gəmilərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
20:16 14.07.2026
Oxunuş sayı: 47