Türkiyə Netanyahu və 34 İsrail rəsmisi barədə axtarış qərarı çıxarıb
Türkiyədə məhkəmə İsrailin Baş naziri Benyamin Netanyahu barədə Sumud flotiliyası işi ilə bağlı beynəlxalq axtarış qərarı elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Halk TV˝ məlumat yayıb.
Bundan əvvəl İstanbul prokurorluğunun hazırladığı ittiham aktı əsasında məhkəmə Netanyahu və İsrailin 34 yüksək vəzifəli rəsmisi barəsində cinayət işi başladıb.
İttiham aktında həmin şəxslər üçün ömürlük həbs cəzası tələb olunduğu bildirilib.
20:08 14.07.2026
Oxunuş sayı: 41