Latviya Rusiya və Belarus məhsullarını ölkədən uzaqlaşdırır
Latviya hökuməti Rusiya və Belarusda istehsal olunan bir sıra məhsulların ölkəyə idxalının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝LRT˝ məlumat yayıb.
Qadağa kitablara, qəzetlərə, video oyunlara, idman mallarına, oyuncaqlara, geyim və ayaqqabılara şamil ediləcək.
Qanun layihəsinə əsasən, məhdudiyyətlər həm məhsulların birbaşa Rusiya və Belarusdan idxalına, həm də üçüncü ölkələr vasitəsilə ölkəyə gətirilməsinə tətbiq olunacaq.
Eyni zamanda, həmin malların Latviya ərazisindən digər Avropa İttifaqı ölkələrinə tranzit daşınmasına məhdudiyyət qoyulmayacaq.
19:16 14.07.2026
Oxunuş sayı: 58