Tarixi an: Baykonurdan kosmosa insanlı raket buraxıldı
Rusiya Federal Kosmik Agentliyinə (Roskosmos) məxsus Soyuz MS-29 pilotlu kosmik gəmisini daşıyan raket Qazaxıstandakı Baykonur kosmodromundan uğurla buraxılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Raketin göyərtəsində Beynəlxalq Kosmik Stansiyaya yollanan 75-ci ekspedisiyanın ekipaj üzvləri yer alıb. Startın uğurla həyata keçirildiyi bildirilib. Ekipajın yaxın zamanda orbitdəki stansiyaya çatması və missiya çərçivəsində fəaliyyətə başlaması gözlənilir.
19:08 14.07.2026
Oxunuş sayı: 56