Rusiya Niderlanda sərt xəbərdarlıq etdi: Sanksiyaların cavabı olacaq
Rusiyanın Niderlanddakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə səfəri zamanı Qərbin kiberhücumlarla bağlı Moskvanı ittiham etməsini rədd edib.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Rusiya diplomatik nümayəndəliyindən bildirilib ki, səfir Avropa İttifaqının (Aİ) sanksiyaları genişləndirməsinin cavab tədbirlərinə səbəb olacağı barədə Niderland XİN-ə xəbərdarlıq edib.
Həmçinin qeyd olunub ki, Aİ və Niderland Rusiyaya qarşı genişmiqyaslı münaqişəyə hazırlıq görür.
Rusiya səfirliyinin Haaqadakı nümayəndələri iddia ediblər ki, Aİ və Niderlandın addımları Moskva ilə münasibətlərdə gərginliyi daha da artırır.
18:56 14.07.2026
Oxunuş sayı: 51