Tramp ABŞ-nin Hörmüz boğazına nəzarət edəcəyini iddia edib
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının ABŞ-nin nəzarəti altında olacağını və boğazdan keçən bütün gəmilərdən 20 faiz həcmində rüsum tutulacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə onun açıqlaması sosial şəbəkələrdə yayılıb.
Trampın sözlərinə görə, bundan sonra ABŞ "Hörmüz boğazının qoruyucusu" kimi tanınacaq.
O, həmçinin ABŞ-nin Hörmüz boğazına nəzarəti həyata keçirəcəyini və boğazdan keçən bütün gəmilərdən yüklərin dəyərinin 20 faizi həcmində rüsum tətbiq ediləcəyini iddia edib.
Bundan başqa, Tramp İrana qarşı yeni hücumların həyata keçiriləcəyini də açıqlayıb.
Qeyd: Təqdim olunan məlumatla bağlı Ağ Ev tərəfindən rəsmi qərar və ya fərman dərc edilməsi barədə təsdiqlənmiş məlumat yoxdur. Bu səbəbdən açıqlamanın rəsmi statusu hələlik təsdiqini tapmayıb.
17:23 14.07.2026
Oxunuş sayı: 50