"Aeroflot"un sərnişinləri Ermənistanda 12 saatdan çox gözləyiblər
Rusiyanın "Aeroflot" aviaşirkətinin İrəvan–Moskva reysi ilə uçmalı olan sərnişinlər Ermənistanda 12 saatdan artıq yubanma ilə üzləşiblər.
Crossmedia.az xəbər verir ki, "SHOT" bu barədə məlumat yayıb.
Məlumata görə, "Aeroflot"un SU1869 nömrəli İrəvan–Moskva reysinin sərnişinləri 12 saatdan çoxdur uçuşun həyata keçirilməsini gözləyirlər.
Sərnişinlərin iddiasına əsasən, aviaşirkət gecikmənin səbəbləri ilə bağlı onlara heç bir izahat verməyib. Onlar həmçinin gözləmə müddətində lazımi yardımın göstərilmədiyini bildiriblər.
"Aeroflot" tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
16:38 14.07.2026
Oxunuş sayı: 43