Rusiya vərəm, HİV və virus hepatitləri ilə mübarizə tədbirlərini yeniləyir
Rusiya hökuməti vərəm, HİV infeksiyası, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsi üzrə tədbirləri yeniləyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS hökumət sənədinə istinadən məlumat yayıb.
Sənədə əsasən, yoluxucu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üzrə idarələrarası tədbirlər paketi yenilənəcək.
Plan çərçivəsində səhiyyə müəssisələri ilə əlaqəli infeksiyaların yayılmasının qarşısının alınması istiqamətində tədbirlərin təkmilləşdirilməsi, həmçinin statistik hesabatlılıq sisteminin daha da inkişaf etdirilməsi nəzərdə tutulur.
Tədbirlər paketi Rusiya Səhiyyə Nazirliyi, Təhsil və Elm Nazirliyi, Federal Tibbi-Bioloji Agentlik və Rospotrebnadzor tərəfindən hazırlanacaq.
Görülən işlərin yekunları barədə hesabatın Rusiya hökumətinə təqdim ediləcəyi bildirilib.
14:07 14.07.2026
Oxunuş sayı: 53