DÇ-də skandal: Baş həkim ginekoloq imiş
2026-cı il futbol üzrə dünya çempionatında çıxış edən Seneqal millisinin baş həkiminin komanda ilə işləmək üçün lazımi hazırlığa malik olmadığı üzə çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Seneqal Futbol Federasiyasının prezidenti Abdullaye Fal açıqlama verib.
Onun sözlərinə görə, yığmanın baş həkimi Abdurahman Fediorun ixtisası ginekologiyadır və o, peşəkar futbolçuların tibbi təminatı sahəsində xüsusi hazırlıq keçməyib.
Seneqal millisi 2026-cı il dünya çempionatında 1/16 final mərhələsinə qədər irəliləyib. Komanda bu mərhələdə Belçikaya əlavə vaxtda 2:3 hesabı ilə məğlub olub. Seneqallılar görüşdə 2:0 hesabı ilə öndə olsalar da, əsas vaxtın sonlarında iki qol buraxaraq üstünlüyü əldən veriblər.
13:39 14.07.2026
Oxunuş sayı: 52