Qırğızıstan yanacağın ixracını qadağan edib
Qırğızıstan hökuməti ölkədən yanacağın ixracına qadağa tətbiq edib.
Crossmedia.az xəbər verir ki, qərar həm Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmayan ölkələrə, həm də ittifaqa üzv dövlətlərə şamil olunur.
Məlumata görə, yeni məhdudiyyət benzin və dizel yanacağının ölkə xaricinə çıxarılmasını nəzərdə tutur.
Qadağanın tətbiqində əsas məqsəd daxili bazarda yanacaq təminatını qorumaq və mümkün qıtlığın qarşısını almaqdır. Qərarın qüvvədə qalma müddəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
13:25 14.07.2026
Oxunuş sayı: 56