Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
Rusiya ordusu Kiyevə ballistik raketlərlə hücum həyata keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məlumata görə, paytaxtın Qoloseyevski rayonunda iki anbar binasına zərbə endirilib və nəticədə yanğın baş verib.
Darniçki rayonunda isə raket qalıqlarının düşməsi avtomobillərin yanmasına səbəb olub. Bundan başqa, rayon ərazisində yerləşən məktəblərdən birinin pəncərələrinin zədələndiyi bildirilir.
10:37 14.07.2026
Oxunuş sayı: 53