Zelenski müttəfiqlərdən Ukrayna üçün "Patriot" raketləri üzrə qış paketini istəyib
Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiq ölkələri Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün qış paketi çərçivəsində raketlər ayırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə "İstəklilər koalisiyası"nın iclasında bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın hər ay "Patriot" zenit-raket kompleksləri üçün 100 raketə ehtiyacı var.
Prezident qeyd edib ki, qış mövsümü ərzində ölkənin ümumilikdə 300 raketlə təmin olunması vacibdir. O, bu çağırışı "İstəklilər koalisiyası"nın iclasında səsləndirib.
10:01 14.07.2026
Oxunuş sayı: 59