Starmerdən Ukrayna ilə bağlı çağırış: İstehsalı sürətləndirin
Ukrayna üçün hava hücumundan müdafiə vasitələrinin istehsalının sürətləndirilməsinə və "İstəklilər koalisiyası"nın mövcud silah ehtiyatlarından Kiyevə tədarükün artırılmasına çağırış edilib.
Crossmedia.az xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer bu barədə çıxışında bildirib.
Starmerin sözlərinə görə, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün hava hücumundan müdafiə sistemlərinin istehsalı daha sürətli həyata keçirilməli, eyni zamanda koalisiya ölkələrinin mövcud silah ehtiyatlarından əlavə tədarüklər təmin olunmalıdır.
Xatırladaq ki, Böyük Britaniya daha əvvəl Avropa İttifaqının Ukrayna üçün ayırdığı 90 milyard avroluq hərbi maliyyələşdirmə proqramına qoşulub.
10:04 14.07.2026
Oxunuş sayı: 58