KİV: Tramp Konqresi İranda hərbi əməliyyatların bərpası barədə məlumatlandırıb
ABŞ Prezidenti Donald Tramp İranda hərbi əməliyyatların bərpası ilə bağlı ABŞ Konqresini rəsmi şəkildə məlumatlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times" nəşri yazıb.
Nəşrin məlumatına görə, Tramp cümə günü Konqres rəhbərliyinə göndərdiyi məktubda iyulun 7-də ABŞ silahlı qüvvələrinin İran ərazisində yerləşən hədəflərə "müdafiə xarakterli zərbələr" endirdiyini bildirib.
"The New York Times" məktubun digər məzmunu ilə bağlı əlavə təfərrüat açıqlamayıb.
09:53 14.07.2026
Oxunuş sayı: 47