Günün ulduz falı: Hansı bürcləri sevgi və yeni tanışlıqlar gözləyir?
Bu gün bürclərin əksəriyyəti üçün sevgi, ailə münasibətləri və şəxsi həyat ön plana çıxır.
Crossmedia.az xəbər verir ki, bəzi bürcləri romantik tanışlıqlar, digərlərini isə yaxınları ilə münasibətləri qaydaya salmaq imkanı gözləyir.
Qoç üçün gün ziddiyyətli hisslərlə yadda qalacaq. Əvvəllər xoş münasibət bəsləmədikləri insanlara qarşı simpatiya yarana bilər. Ailəli Qoçlar isə qohumlar və dostlarla köhnə narazılıqları aradan qaldıra biləcəklər.
Buğa bürcü nümayəndələri üçün ciddi münasibətlərlə bağlı qərarlar qəbul etmək üçün münasib vaxtdır. Bununla yanaşı, yaxınlardan nəyisə gizlətmək məsləhət görülmür, çünki sirrlərin üzə çıxacağı ehtimalı yüksəkdir.
Əkizlər bu gün həyatlarında kimin olmasını istədiklərini daha aydın anlayacaqlar. Ulduzlar tələsik qərarlar verməməyi və insanlara ikinci şans tanımağı tövsiyə edir.
Xərçəng bürcü nümayəndələrinə romantik istirahət, subaylara isə yeni tanışlıqlar üçün ictimai yerlərdə daha çox vaxt keçirmək məsləhət görülür.
Şirlər üçün qarşı cinslə münasibətlərdə gərginlik yarana bilər. Münaqişələrin böyüməməsi üçün kompromisə getmək tövsiyə olunur.
Qızlar üçün yeni tanışlıqlar uğurlu ola bilər. Ailəli Qızlara isə romantik axşam keçirmək tövsiyə edilir.
Tərəzilər keçmişdən gələn bir insanın münasibətlərinə təsiri ilə üzləşə bilərlər. Ulduzlar sevdikləri insanla daha çox vaxt keçirməyi məsləhət görür.
Əqrəblər üçün ailə məsələləri əsas mövzu olacaq. Yaxınlarla münasibətləri qaydaya salmaq və köhnə inciklikləri unutmaq üçün əlverişli gündür.
Oxatanlar üçün uzunmüddətli münasibətlər qurmaq baxımından uğurlu dövr başlayır. Yeni tanışlıqlar ciddi münasibətlərə çevrilə bilər.
Oğlaqlar ətraflarında onları xoşbəxt edə biləcək insanı görə bilərlər. Ailəli Oğlaqlara isə ortaq maraqlar tapmaq tövsiyə olunur.
Dolçalar üçün qısqanclıq yarada biləcək vəziyyətlər mümkündür. Keçmiş münasibətlərə qayıtmaq isə ailə həyatına mənfi təsir göstərə bilər.
Balıqlar üçün yeni münasibətlərə başlamaq baxımından uğurlu gündür. Bu gün qurulan tanışlıqlar həm şəxsi, həm də peşəkar həyatda müsbət dəyişikliklər vəd edir.
09:35 14.07.2026
Oxunuş sayı: 57