Ərdoğan: Türkiyə Tramp ilə regional sabitlik naminə əməkdaşlığı davam etdirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin ABŞ Prezidenti Donald Tramp ilə regionda sülh və sabitliyin qorunması istiqamətində əməkdaşlığı davam etdirəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında danışıb.
Ərdoğan qeyd edib ki, Ankara regionda sülh və sabitliyin təmin olunması məqsədilə Vaşinqtonla dialoq və əməkdaşlığını davam etdirmək niyyətindədir.
Türkiyə lideri vurğulayıb ki, bu istiqamətdə ABŞ Prezidenti Donald Tramp ilə qarşılıqlı fəaliyyət davam etdiriləcək.
09:32 14.07.2026
Oxunuş sayı: 55