İran ABŞ-nin regiondakı hədəflərinə zərbələr endirib
İran ABŞ-nin regiondakı hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti "IRIB" məlumat yayıb.
Nəşrin məlumatına görə, Küveytdə rabitə sistemləri, Patriot zenit-raket kompleksləri, müşahidə qüllələri və sursat anbarları hədəfə alınıb.
"IRIB" həmçinin bildirib ki, İran ordusu ABŞ-yə məxsus gəmiyə də zərbə endirib. Məlumata əsasən, bu addım ABŞ-nin İranın hərbi obyektlərinə hücumlarına cavab olaraq atılıb.
ABŞ rəsmiləri isə hələlik bu məlumatlara münasibət bildirməyiblər.
09:28 14.07.2026
Oxunuş sayı: 60