Macarıstanda prezidentlə bağlı mühum düzəliş: vəzifədən uzaqlaşdırılır
Macarıstan parlamenti Prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan konstitusiya dəyişikliyini qəbul edib.
Crossmedia.az xəbər verir ki, bu barədə parlamentin spikeri Aqneş Forsthoffer məlumat verib.
Bildirilib ki, qanun layihəsinin lehinə 139 deputat səs verib, 6 deputat isə əleyhinə çıxıb.
Qəbul edilən konstitusiya düzəlişi Prezident Tamaş Şuyokun vəzifədən uzaqlaşdırılması prosedurunu nəzərdə tutur. Qərarın tətbiqi və sonrakı hüquqi prosedurlarla bağlı əlavə məlumat açıqlanmayıb.
09:27 14.07.2026
Oxunuş sayı: 43