Tramp: ABŞ İranın silah istehsalı potensialının 84 faizini məhv edib
ABŞ Prezidenti Donald Tramp İranın silah istehsalı potensialının böyük hissəsinin məhv edildiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə açıqlama verib.
Trampın sözlərinə görə, ABŞ tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində İranın silah istehsalı imkanlarının 84 faizi sıradan çıxarılıb.
ABŞ prezidenti bu iddiasını dəstəkləyən əlavə sübut və ya rəsmi hesabat təqdim etməyib.
İran rəsmiləri isə Trampın açıqlamasına hələlik münasibət bildirməyiblər.
09:12 14.07.2026
Oxunuş sayı: 55