İranın addımı bahaya başa gəldi: BƏƏ yeni liman tikəcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Hörmüz boğazından asılılığı azaltmaq məqsədilə ölkənin şərq sahilində yeni liman tikməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Financial Times˝ nəşrinin məlumatına görə, Dubayda yerləşən DP World şirkəti yük daşımalarının bir hissəsini ölkənin şərq sahilinə köçürmək niyyətindədir. Bu marşrut sayəsində gəmilər Hörmüz boğazından keçmədən BƏƏ limanlarına daxil ola biləcəklər.
Nəşrin yazdığına görə, İranın Hörmüz boğazını bağlamasından sonra ölkənin ən böyük limanı olan Cəbəl Əli limanında fəaliyyət 90–95 faiz azalıb.
Yeni logistika marşrutuna əsasən, konteynerlər əvvəlcə Oman körfəzi sahilinə çatdırılacaq, daha sonra isə quru yolu ilə Dubay, Əbu-Dabi və regionun digər ölkələrinə daşınacaq.
23:06 13.07.2026
Oxunuş sayı: 107