İrandan Trampa sərt istehza: Keşikçi olmaq istəyirsə, məzar qorusun
İran Parlamentinin Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin sözçüsü İbrahim Rzayi ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı açıqlamasına münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rzayi qeyd edib ki, Tramp Hörmüz boğazının qoruyucusu olmaq istədiyini deyib, lakin İranın bu ərazinin təhlükəsizliyini təmin etmək üçün xarici qüvvələrə ehtiyacı yoxdur.
İranlı deputat Trampa sərt ifadələrlə cavab verərək bildirib:
Əgər o, keşikçi olmağa bu qədər qətiyyətlidirsə, Qrahamın məzarını da qoruya bilər.
Rzayinin açıqlaması Trampın Hörmüz boğazında ABŞ-nin rolunu artırmaqla bağlı bəyanatından sonra verilib.
22:24 13.07.2026
Oxunuş sayı: 105