Aİ Moldovaya 120 milyon avro ayırdı
Avropa İttifaqı Moldovanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün ölkəyə 120 milyon avro həcmində hərbi yardım paketini təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Maliyyə vəsaitləri Avropa Sülh Fondu vasitəsilə ayrılacaq və regional təhlükəsizlik təhdidlərinin artması fonunda Moldova Silahlı Qüvvələrinin döyüş hazırlığının artırılmasına yönəldiləcək.
Qərarın Ukraynadakı müharibə başlayandan sonra Moldova hava məkanının yaxınlığında və daxilində Rusiya pilotsuz uçuş aparatları ilə bağlı baş verən bir sıra insidentlərdən sonra qəbul edildiyi bildirilir.
21:30 13.07.2026
Oxunuş sayı: 72