İran ABŞ-yə meydan oxudu: Hörmüzə müdaxiləyə icazə verməyəcəyik
İranın hərbi komandanlığı bildirib ki, Tehran ABŞ-nin Hörmüz boğazında gəmiçiliyin idarə olunmasına müdaxilə cəhdlərinə qarşı sərt tədbirlər görəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İran ABŞ-nin İran tərəfindən müəyyən edilmiş marşrutlardan kənar gəmi tranziti vasitəsilə gəmiçiliyin təhlükəsizliyini pozmaq və zəiflətmək cəhdlərinə qarşı çıxacaq.
İran tərəfi bildirib ki, Hörmüz boğazında nəzarət və təhlükəsizlik məsələləri ilə bağlı istənilən xarici müdaxiləyə qarşı sərt mövqe nümayiş etdirəcək.
21:22 13.07.2026
Oxunuş sayı: 65