Zelenski Baş nazir vəzifəsinə sürpriz namizəd irəli sürdü
Ukrayna Prezidenti Volodimir Zelenskinin Naftoqaz Ukrayna şirkətinin rəhbəri Sergey Koretskiyə Baş nazir vəzifəsini təklif etdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ukrainskaya pravda” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Zelenski hökumətdə dəyişikliklər çərçivəsində Koretskinin namizədliyini nəzərdən keçirir. Lakin bu barədə rəsmi açıqlama verilməyib.
21:14 13.07.2026
Oxunuş sayı: 68