Avropa Komissiyası uşaqlar üçün sosial şəbəkələrə məhdudiyyətlər hazırlayır
Avropa Komissiyası uşaqların sosial şəbəkələrdən istifadəsinə dair ümumavropa məhdudiyyətləri hazırlayır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qanun layihəsinin yay tətilindən sonra təqdim ediləcəyi gözlənilir. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, əsas məsələ artıq onlayn platformaların uşaqlar üçün risk yaradıb-yaratmadığı deyil, uşaqların internetdə daha təhlükəsiz mühitə sahib olması üçün hansı addımların atıla biləcəyidir.
Müzakirə olunan təkliflərə əsasən, 13 yaşdan kiçik uşaqlar sosial şəbəkələrdən yalnız məhdudiyyətlər və böyüklərin nəzarəti altında istifadə edə biləcəklər.
Yeni qaydalara görə, uşaqlar yaşlandıqca sosial platformalara giriş imkanları mərhələli şəkildə genişləndiriləcək.
Gözlənilən məhdudiyyətlərin asılılıq yaradan və ya yaş qruplarına uyğun olmayan funksiyalara malik platformalara, o cümlədən ən böyük sosial şəbəkələrə də şamil ediləcəyi bildirilir.
21:06 13.07.2026
Oxunuş sayı: 73