˝Bloomberg˝: Ukrayna Trampla əlaqədə əsas vasitəçilərindən birini itirdi
ABŞ senatoru Lindsi Qremin ölümü Ukraynanın ABŞ Prezidenti Donald Trampla əlaqə qurmaq üçün ən effektiv kanallarından birini itirməsinə səbəb olub.
Crossmedia.az ˝Bloomberg˝ agentliyinə istinadən xəbər verir.
Məlumata görə, respublikaçı senator mütəmadi olaraq Ukraynaya səfərlər edib və Trampın ikinci prezidentlik dövründə Vaşinqtonla Kiyev arasındakı mürəkkəb münasibətlərə baxmayaraq, ABŞ-nin Ukraynaya dəstəyini qorumağa çalışıb.
˝Bloomberg˝-in qiymətləndirməsinə əsasən, bundan sonra Ukrayna və ABŞ-nin digər müttəfiqləri Vaşinqtonda yeni nüfuzlu dəstəkçilər axtarmalı olacaqlar.
Agentlik qeyd edib ki, Qrem Donald Trampla yaxın münasibətləri, hər iki partiyadan olan senatorlarla işləmək bacarığı və xarici liderlərlə möhkəm əlaqələri ilə seçilirdi.
Kiyevdə senatorun ölümü ciddi itki kimi qiymətləndirilib.
ABŞ Konqresinin respublikaçı üzvü Don Bekon da bildirib ki, bundan sonra Konqresdə Ukraynanın əsas tərəfdarlarından birinin rolunu üzərinə götürə biləcək yeni senatorlara ehtiyac olacaq.
19:32 13.07.2026
Oxunuş sayı: 62