Makron: ABŞ-yə güvənmək artıq kifayət etmir
Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən təhlükəsizlik məsələlərinə həsr olunmuş bugünkü danışıqlarda Avropanın müdafiə sahəsində artıq yalnız ABŞ-yə arxalana bilməyəcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Makron Avropa ölkələrini silah istehsalını sürətləndirməyə, müttəfiqlər arasında əməkdaşlığı daha da dərinləşdirməyə və Ukraynaya uzunmüddətli dəstəyi gücləndirməyə çağırıb.
18:52 13.07.2026
Oxunuş sayı: 55