Qremin ölümü ABŞ və İsraildə sarsıntı yaratdı – Tramp və Netanyahu danışdı
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir senator Lindsi Qremin vəfatına münasibət bildirərək, ölkəsinin ən böyük dostlarından birini itirdiyini deyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu Qremi ABŞ-nin böyük vətənpərvəri adlandırıb və onun ölümü ilə əziz dostunu itirdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp da senatorun vəfatından dərin kədər hissi keçirdiyini ifadə edərək, "O, mənim üçün çox dəyərli idi və onun yoxluğunu çox hiss edəcəyəm", – deyib. Tramp əlavə edib ki, vida mərasimi ilə bağlı məlumat yaxın vaxtlarda açıqlanacaq.
15:46 12.07.2026
Oxunuş sayı: 61