İran televiziyası ABŞ senatorunun ölümünü alqışladı
İran dövlət televiziyası ABŞ senatoru Lindsi Qremin ölümü ilə bağlı yayımladığı süjetdə sərt və təhqiramiz ifadələrdən istifadə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Telekanal senatorun İrana qarşı mövqeyi ilə tanındığını vurğulayaraq onun ölümünü yaxşı xəbər kimi təqdim edib.
Yayım zamanı aparıcı Lindsi Qremin İrana qarşı çıxışları ilə seçildiyini qeyd edərək, bu xəbərin əhəmiyyətini vurğulamaq üçün eyni fikri bir neçə dəfə təkrarlayıb. ABŞ tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
15:38 12.07.2026
Oxunuş sayı: 78