Ukrayna ordusu Rusiyanın 14 gəmisini vurub
Ukrayna tərəfi Rusiyaya məxsus daha 14 gəminin vurulduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, hədəflər əsasən Rusiyanın kölgə donanmasına aid neft tankerləri və bərələr olub. Məlumata görə, hücumlar Azov dənizi istiqamətində pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Rusiya tərəfi isə bu iddialarla bağlı hələlik rəsmi təsdiq verməyib.
15:13 12.07.2026
Oxunuş sayı: 55