Tovuz döyüşləri – zəfərə gedən yolun başlanğıcı
Azərbaycan xalqı min illərdir Qafqazlarda yaşamaqdadır. Azərbaycan türkləri uzun illər nəinki Qafqaz diyarına, eləcə də, şərqi Anadoluya, İrana, əcəm İraqına və ordusunun qüdrətinin çatdığı yerlərdə hökmranlıq etmiş, Bayandurlular, Bahadırlılar, Səfəfvilər, Əfşarlar kimi dövlətlər, imperiyalar yaradaraq əsrlər boyu regionda aparıcı qüvvə olmuşlar. Daha sonra daxili parçalanma və Rusiya işğalı ölkənin demoqrafiq quruluşuna ciddi şəkildə ziyan vurmuş, məhz rus imperiyasının assimiliasiya siyasətinin nəticəsi olaraq ermənilər Azərbaycan torpaqlarına – ilkin olaraq 1724-cü il fərmanı ilə Xəzərsahili ərazilərə, daha sonra Türkmənçay müqaviləsi ilə Qarabağ, İrəvan və Zəngəzur torpaqlarına köçürülmüş,bununla da gələcək torpaq iddialarının təməli qoyulmuşdur. Məhz 18-ci əsrdən başlayan bu torpaq iddiları problemi 21-ci əsrə qədər davam edəcək, etnik münaqişələr səbəb olacaqdı.
Hələ 20-ci əsrdə-1991-ci ildə birinci Qarabağ müharibəsinin alovlanması nəinki qarşılıqlı qonşuluq əlaqələrinə ziddi idi, eyni zamanda beynalxalq hüququn norma və prinsiplərinin də pozulması demək idi. 1991-1994-cü illər ərzində erməni vandalları Qarabağda genişmiqyaslı təcavüz aktını həyata keçirmiş, öz məkrli əməllərini bir daha nümayiş etdirərək Xocaldıda amansız soyqrım törətmişdir.
Yalnız Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra 1994-cü ildə Bişkek protokolu ilə tərəflər atəşkəsə nail olmuşlar. Buna baxmayaraq Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsi pozur, təmas xəttini (indi artıq keçmiş bir nağıldır təmas xətti) genişçaplı silahlardan atəşə tuturdu.
Atəşkəs müqavilsəinin imzalanmasından sonra Azərbaycan neft sənayesinin inkişafı fonunda iqtisadi, hərbi, sosial və digər sahələrdə uğurlu yol qət etdi.
Ermənistan isə öz havadarlarına güvənərək təxribatlara davam etməkdə, atəşkəsi pozmaqda idi. 2010-cu ildə ermənilərin bu təxribatçı addımlarına qarşı Mübariz İbrahimov 2010-cu ildə Mübariz İbrahimov igidlik göstərib, tək başına cəbhə xəttini keçərək yüzdən çox ermənini zərərsizləşdirmiş, Ermənistanda dövlət səviyyəsində matəm elan olunmasına səbəb olaraq şəhidlik zirvəsinə ucalmışdır.
2016-cı ildə də Azərbaycan Silahlı Qüvvələri atəşkəsi pozan, erməni mənfurlarına layiqli cavcab verdi. Ordumuzun igid nəfərləri Cəbrayıl və Füzuli rayonlarının bəzi ərazilərini, Lələ-təpə yüksəkliyini və Cocuq Mərcanlı yaçayış məntəqəsini düşmən işğalından azad etdi.
2018-ci ildə də Naxçıvan Muxtar Respublikası sərhədboyu ərazilərində təxribat törədən erməni silahlı birləşmələri Günnüt əməliyyatı çərçivəsində adekvat şəkildə cavablandırıldı.
Bütün bu hadisələr fonunda Ermənistanın sülhdən kənar durduğu, sülh yolu ilə münaqişənin həllini mümkünsüz hala saldığı göz önündə idi.
Tarixlər 2020-ci ilin iyul ayını göstərir. Cəbhədə vəziyyət gərgindir. Təcavüzkar Ermənistan bu dəfə də Azərbaycana qarşı genişçaplı silahlardan, ağır artirelliyadan istifadə edərək sərhədboyu əraziləri atəşə tuturdu. İyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Xalqımız vətən naminə canından keçən igidlərimizi - başda şəhid general Polad Həşimov olmaqla 12 nəfər şəhadət fədaisini torpağa tapşırdı. Ancaq bununla da məğlubedilməz erməni ordusu mifi darmadağın oldu. Tovuz döyüşlərində Ermənistan ordusunun yüzlərlə canlı qüvvəsi və zirehli texnikası Azərbaycan Silahlı Qüvvələri tərəfindən darmadağın edilmişdir.
Məhz o gun Azərbaycan xalqı müharibənin qaçınılmaz olduğunu anladı və səfərbərlik tələbi ilə prezidentə müraciət etdi. Baş verənlər sadəcə iki ay sonra gələcək zəfərin təntənəsi idi. Tovuz döyüşləri isə Azərbaycan tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq və əbədiyyət salnaməsidir.

Turqut Ansari
14:30 12.07.2026
Oxunuş sayı: 216