Ukraynada hərbi vəziyyətlə bağlı yeni qərar: Müddət daha 90 gün artırılır
Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin yenidən uzadılması planlaşdırılır. Məsələ yaxın günlərdə Ukrayna Ali Radasında müzakirəyə çıxarıla bilər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yaxın vaxtlarda parlamentə hərbi vəziyyətin və ümumi səfərbərliyin uzadılması ilə bağlı qanun layihələri təqdim edəcəyi gözlənilir.
Ukrayna deputatı Yaroslav Jeleznyakın məlumatına görə, sənədlər bu rejimlərin daha 90 gün – 2026-cı il avqustun 2-dən oktyabrın 31-dək uzadılmasını nəzərdə tutur.
Bildirilib ki, Ali Rada layihələrə iyulun 14-15-də keçiriləcək plenar iclaslar həftəsində baxa bilər.
Sənədlər təsdiqlənərsə, bu, hazırkı çağırış parlamentinin hərbi vəziyyət və ümumi səfərbərliyin davam etdirilməsi ilə bağlı 20-ci səsverməsi olacaq.
Deputat Yaroslav Jeleznyak qərarı şərh edərkən payızda seçkilərin keçirilməsi ilə bağlı gözləntilərə də toxunaraq, "seçkilərin şahidləri" ilə bağlı müraciətlərin artıq qəbul edilmədiyini ironik şəkildə qeyd edib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyətlə yanaşı, səfərbərlik qaydaları da qüvvədə qalır. Müdafiə Nazirliyi daha əvvəl möhlət və bronlaşdırma mexanizmləri ilə bağlı açıqlama vermişdi.
12:43 12.07.2026
Oxunuş sayı: 58