Mirоşnik: Kiyevin hücumlarının sayı artıb
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukraynanın Rusiya ərazisinə qarşı hücumlarının artdığını iddia edib.
Crossmedia.az xəbər verir ki, Miroşnikin sözlərinə görə, 2026-cı ilin iyun ayından etibarən Kiyev rejiminin Rusiya ərazisinə qarşı həyata keçirdiyi hücumların sayı təxminən 20 faiz yüksəlib.
Diplomat bu barədə açıqlamasında bildirib ki, sözügedən hücumların intensivliyində artım müşahidə olunur.
Miroşnikin səsləndirdiyi iddialarla bağlı Ukrayna tərəfi tərəfindən rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlarla bağlı tərəflər mütəmadi olaraq bir-birini ittiham edir.
11:42 12.07.2026
Oxunuş sayı: 59