Qətərin "əmir-atası" vəfat etdi
Qətərin keçmiş əmiri Həməd bin Xəlifə Al Tani 74 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Qətər Əmirinin dəftərxanası məlumat yayıb.
Rəsmi açıqlamada bildirilib ki, ölkənin "əmir-atası" hesab olunan şeyx Həməd bin Xəlifə Al Tani bazar günü səhər saatlarında 74 yaşında dünyasını dəyişib.
Həməd bin Xəlifə Al Tani 1995–2013-cü illərdə Qətərə rəhbərlik edib. Onun 18 illik hakimiyyəti ölkənin müasir inkişaf dövrünün başlanğıcı kimi qiymətləndirilir. O, müasir Qətərin memarlarından biri hesab olunur və hakimiyyəti oğluna təhvil verdikdən sonra da ölkədə nüfuzunu qoruyub saxlayıb.
10:47 12.07.2026
Oxunuş sayı: 63