Fitso: NATO ölkələri Rusiya ilə dialoqa daha çox maraq göstərir
Slovakiyanın Baş naziri Robert Fitso NATO ölkələrinin Rusiya ilə dialoqa marağının artdığını bəyan edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Fitso bu barədə iyulun 7–8-də Ankarada keçirilən NATO sammitinin nəticələrini şərh edərkən danışıb.
Onun sözlərinə görə, sammit iştirakçılarının əksəriyyəti Moskva ilə dialoqun bərpasında maraqlı olduqlarını nümayiş etdiriblər.
"Biz əməkdaşlığın və dialoqun tərəfdarıyıq. Biz müharibənin əleyhinəyik", – deyə Slovakiya hökumətinin başçısı vurğulayıb.
10:17 12.07.2026
Oxunuş sayı: 54