Oman Hörmüz boğazı üçün yeni gəmiçilik planı təklif edib
Oman Hörmüz boğazında gəmiçiliyin iki ayrı marşrut üzrə təşkil olunmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Təklifə əsasən, cənub marşrutu Omanın ərazi sularından keçəcək və burada gəmilər sərbəst hərəkət edə biləcəklər. Şimal marşrutu isə İranın ərazi sularından keçəcək və bu istiqamətdə üzmək üçün əvvəlcədən İranın razılığı tələb olunacaq. Bununla belə, həmin marşrut üzrə tranzit rüsumunun tətbiqi nəzərdə tutulmur.
Məlumata görə, layihə hələ danışıqlar mərhələsindədir. İran və Oman rəsmiləri bu təşəbbüsü Maskatda keçirilən görüş zamanı müzakirə ediblər.
10:08 12.07.2026
Oxunuş sayı: 61