Yaxın Şərqdə böhran dərinləşir: İran Hörmüz boğazını bağladı
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin regiondakı müdaxiləsi başa çatana qədər Hörmüz boğazının bağlandığını bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.
SEPAH-ın açıqlamasında bildirilir ki, növbəti göstərişədək Hörmüz boğazından heç bir gəminin keçməsinə icazə verilməyəcək.
Məlumata görə, İran hərbçiləri sözügedən dəniz marşrutu ilə icazəsiz hərəkət edən və identifikasiya sistemlərini söndürmüş bir gəmiyə onun hərəkətini dayandırmaq məqsədilə zərbə endiriblər.
Xatırladaq ki, iyulun 11-də Oman və İran Hörmüz boğazında təhlükəsizliyin və gəmiçiliyin sərbəstliyinin təmin olunması ilə bağlı məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəlmişdi. Həmin gün ABŞ rəsmiləri Tehrandan boğazın açıq olduğunu bəyan etməyi və kommersiya gəmilərinə hücumları dayandırmağı tələb etmişdilər.
09:25 12.07.2026
Oxunuş sayı: 71