Tramp tibbi müayinədən və koqnitiv testdən uğurla keçdiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp növbəti tibbi müayinədən keçdiyini və nəticələrin müsbət olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Tramp özünün “Truth Social” sosial şəbəkəsindəki paylaşımında müayinənin Uolter Rid adına Milli Hərbi Tibb Mərkəzində keçirildiyini qeyd edib.
ABŞ lideri bildirib ki, bu cür yoxlamalardan hər altı aydan bir keçir. O, həmçinin əlavə olaraq koqnitiv (zehni qabiliyyətləri qiymətləndirən) testin aparılmasını özü xahiş etdiyini açıqlayıb.

00:30 12.07.2026
Oxunuş sayı: 53