Ermənistanda 18 yaşlı hərbçi avtomobillə ağaca çırpılıb
Ermənistanın Armavir vilayətində 18 yaşlı sürücü avtomobil qəzasına düşüb.
Crossmedia.az bu barədə ˝News.am˝-a istinadən xəbər verir.
Məlumata görə, Sedrak Q. adlı gənc Nissan Teana markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq qalın gövdəli ağaca çırpılıb.
Fotojurnalist Qaqik Şamşyanın məlumatına əsasən, qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alaraq Armavir Tibb Mərkəzinə yerləşdirilib.
Hadisə ilə bağlı istintaq şöbəsində cinayət işi başlanılıb.
Bildirilib ki, sürücünün sürücülük vəsiqəsi olmayıb və o, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində müddətli həqiqi hərbi xidmət keçirmişdir.
00:20 12.07.2026
Oxunuş sayı: 55