Rusiya MN - Qərbin hava müdafiə sistemləri Kiyevdə cəmlənib
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski Qərb tərəfindən təqdim olunan hava hücumundan müdafiə (HHM) sistemlərinin demək olar ki, hamısını Kiyevdə cəmləyib.
Crossmedia.az xəbər verir ki, Nazirliyin açıqlamasına görə, bu addım paytaxtın ən çox qorunan şəhər kimi göstərilməsi fonunda atılıb.
Rusiya Müdafiə Nazirliyi iddia edib ki, Qərb istehsalı olan HHM sistemlərinin Kiyevdə yerləşdirilməsinə baxmayaraq, Rusiya zərbələri nəticə verməkdə davam edir.
23:59 11.07.2026
Oxunuş sayı: 51