Zaxarovadan Ukrayna rəsmisinə ittiham: Tədbiri anti-Rusiya platformasına çevirdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Ali Radasının sədri Ruslan Stefançukun Belqradda keçirilən konfransdakı çıxışını tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarova bildirib ki, Rusiya Stefançukun anti-Rusiya bəyanatlarının lazımi reaksiya almadığını təəssüflə qeyd edir.
Onun sözlərinə görə, Kiyev nümayəndələri istənilən tədbiri Rusiyaya qarşı çıxış platformasına çevirmək fürsətini əldən vermirlər.
“Stefançuk bu platformadan maksimum istifadə edərək tədbirin istiqamətini dəyişməyə və rusofob təbliğatı əsas mövzuya çevirməyə çalışdı”, – deyə Zaxarova bildirib.
23:52 11.07.2026
Oxunuş sayı: 50