Kimsə məsuliyyətdən qaça bilməyəcək – Zelenskidən sərt açıqlama
Ukrayna Prezidenti Volodimir Zelenski Vışnevo şəhərində baş verən hadisə ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, məsul şəxslər artıq müəyyən edilib və dövlətin mövqeyi ondan ibarətdir ki, onların hər biri ədalətli şəkildə məsuliyyətə cəlb olunmalıdır.
Ukrayna liderinin sözlərinə görə, iki dövlət müəssisəsinin rəhbərləri qanunvericiliyə zidd hərəkət ediblər.
O əlavə edib ki, istintaq təhlükəsizliyə cavabdeh olan rəhbər müavinlərinin fəaliyyətini də araşdırır.
23:32 11.07.2026
Oxunuş sayı: 55