Rusiya FTX casusluqda şübhəli bilinən şəxsi saxladı
Rusiyanın Krasnodar diyarının Gelencik şəhərində Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxsin saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
FTX-nin məlumatına görə, 27 yaşlı şəxs guya hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları barədə izləmə fəaliyyəti həyata keçirib.
İdarənin iddiasına əsasən, saxlanılan şəxs kuratorunun tapşırığı ilə hərbçilərə məxsus avtomobilləri müşahidə edib və dayanacaqların görüntülərini videoya çəkib.
FTX bildirib ki, həmin şəxs bu fəaliyyətə görə pul mükafatı alıb və ona xaricə çıxmaqda kömək ediləcəyi vəd olunub.
Saxlanılan şəxs barəsində Rusiya Cinayət Məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Bu maddə üzrə cəza ömürlük azadlıqdan məhrumetməyə qədər ola bilər.
15:13 07.07.2026
Oxunuş sayı: 65