Texnologiya

Ən Yaxşı 5 Pulsuz Foto Redaktə Tətbiqi

Telefonunuzdakı şəkilləri redaktə etmək üçün geniş funksiyalara malik və tamamilə pulsuz bir foto redaktə tətbiqi axtarırsınızsa, doğru ünvandasınız. İstər bir "Instagram" hekayəsi paylaşmaq, istərsə də dostlarınıza göndərmək üçün olsun, düzgün tətbiqlər sayəsində heç bir ödəniş etmədən bir neçə dəqiqə ərzində təsirli görüntülər yarada bilərsiniz. İndi isə sizin üçün seçdiyimiz ən yaxşı 5 pulsuz foto redaktə tətbiqinə nəzər salaq.

Pulsuz foto redaktə tətbiqi seçərkən istifadəçi dostu interfeysə, güclü alətlərə və əyləncəli xüsusiyyətlərə malik olmasına diqqət yetirmək vacibdir. Hansı tətbiqin sizin üçün uyğun olduğunu öyrənmək üçün bir neçə tədbiqə nəzər salaq.

"Adobe Lightroom Mobile"

"Adobe Lightroom", xüsusilə peşəkar səviyyədə redaktə etmək istəyənlərin sevimlisidir. Amma qorxmayın, bu tətbiq yeni başlayanlar üçün də olduqca rahatdır.

Hazır ayarlar (presetlər): Yalnız bir toxunuşla fotolarınıza kinoya bənzər və ya vintaj görünüş qazandıra bilərsiniz.

Detallı redaktə alətləri: Rəng, işıq, kontrast kimi xüsusiyyətlərdə incə tənzimləmələr edə bilərsiniz.

RAW format dəstəyi: Əgər DSLR və ya güzgüsüz kamera ilə çəkiliş edirsinizsə, fotolarınızı redaktə etmək üçün "Lightroom" ideal seçimdir.

"Lightroom" sadə redaktələrdən peşəkar toxunuşlara qədər hər səviyyədə istifadəçi üçün geniş imkanlar təqdim edir. Tətbiq həm "Android", həm də "iOS" üçün pulsuz mövcuddur, lakin bəzi funksiyaların açılması üçün ödənişli premium abunə tələb olunur.

"Snapseed"

"Google" tərəfindən hazırlanmış "Snapseed", sadə bir redaktə təcrübəsindən daha çoxunu təklif edən pulsuz foto redaktə tətbiqidir. "Snapseed", həm həvəskar, həm də peşəkar istifadəçilər üçün güclü bir seçimdir. Üstəlik, tamamilə pulsuzdur və heç bir premium abunə tələb etmir. Əgər sadə interfeyslə yaradıcı işlər görmək istəyirsinizsə, bu tətbiq sizin üçün ideal ola bilər.

29 fərqli alət və filtr: İşıqlandırma, parlaqlıq tənzimləmə, ikiqat ekspozisiya kimi xüsusiyyətlərlə fotolarınıza fərqli bir təsir əlavə edə bilərsiniz.

Seçici düzəlişlər - Yalnız şəkilin müəyyən bir hissəsini redaktə etmək istəyirsinizsə, "Snapseed" bunu etməyə imkan verən nadir tətbiqlərdən biridir.

Fırça funksiyası - Həssas redaktələr üçün çox uyğundur.

"InShot"

Əgər həm şəkillərinizi, həm də videolarınızı redaktə etmək istəyirsinizsə, "InShot" əla seçimdir. Bu pulsuz foto redaktə tətbiqi, xüsusilə "Instagram" hekayələri və "reels" kimi sosial media paylaşımları üçün nəzərdə tutulmuş xüsusiyyətləri ilə fərqlənir. İstifadəsi həm asan, həm də əyləncəlidir.

Kollaj yaratma - Bir neçə şəkli birləşdirərək əyləncəli kollajlar hazırlaya bilərsiniz.

Mətn və stikerlər - Şəkillərinizə yazılar əlavə edə və ya yaradıcı stikerlərlə fərdiləşdirə bilərsiniz.

Video redaktə - Videolarınızı kəsmək, sürətləndirmək və ya müxtəlif filtrlər əlavə etmək kimi əməliyyatları asanlıqla edə bilərsiniz.

"PicsArt"

Uzun müddətdir istifadəçilərin sevimlisi olan "PicsArt", populyarlığını illərdir qorumağı bacaran çoxşaxəli bir tətbiqdir. Xüsusilə əyləncəli effektləri və yaradıcı alətləri ilə önə çıxır. Bu səbəblə, şəkilləri redaktə etməklə yanaşı, dizayn etməyi sevənlər üçün də ideal seçimdir.

Əyləncəli effektlər - İncəsənət filtrlərindən müasir teksturalara qədər çox fərqli effektlər təklif edir.

Kollaj yaratma - Yalnız bir neçə dəqiqədə peşəkar görünüşlü kollajlar hazırlaya bilərsiniz.

Çizim alətləri - Şəkillərinizin üzərinə çəkərək tamamilə unikallıq yarada bilərsiniz.

Cəmiyyət paylaşımı -"PicsArt"-ın "Pinterest"-ə bənzədiyini söyləmək mümkündür. Digər istifadəçilərin işlərini kəşf edib onlardan ilham ala bilərsiniz.

"FaceApp"

"FaceApp", siyahımızdakı digər 4 pulsuz foto redaktə tətbiqindən fərqli olaraq, daha əyləncəli bir təcrübə təqdim edir. Süni intellekt dəstəkli filtrləri ilə dünya miqyasında məşhurdur. Əyləncəli dəyişikliklər etmək və ya portret fotolarınızı inkişaf etdirmək istəyirsinizsə, "FaceApp"-ı mütləq sınamalısınız.

Portret inkişafı - Dəri düzəltmə, işıq tənzimləmə kimi funksiyalarla portret fotolarınızı daha cazibədar edə bilərsiniz.

Yaşlandırma və cavanlaşdırma - Şəkillərinizdə illəri geri qaytara və ya irəli apara bilərsiniz.

Saç və saqqal kimi detalları tənzimləmə - Şəkillərinizi redaktə edərkən, saç uzatma, qaş incəltmə kimi bir çox fiziki detalı dəyişə bilərsiniz.

Hər nə qədər xüsusiyyətləri ilə milyonlarla insanın rəğbətini qazansa da, "FaceApp" bəzi istifadəçilər tərəfindən məxfilik siyasətləri ilə bağlı tənqid edilir. Buna görə də tətbiqdən istifadə etməzdən əvvəl verdiyiniz icazələrə diqqət yetirməyiniz tövsiyə olunur.

Emil Nağızadə

15:10 21.12.2024

Oxunuş sayı: 5711

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR