İran mərasimdə Qurandan fərqli ayələr təqdim etdi
İran ölkəyə gələn xarici nümayəndə heyətlərinə Qurani-Kərimdən simvolik məna daşıyan fərdi ayələr təqdim edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata əsasən, Səudiyyə Ərəbistanına iki ordunun döyüşdə qarşılaşmasından, onlardan birinin iman gətirib, digərinin isə gətirməməsindən bəhs edən ayə təqdim olunub.
Türkiyə nümayəndə heyəti üçün isə döyüşənləri döyüşə qatılmayanlardan üstün tutan ayə seçildiyi bildirilir.
Qətərə təqdim edilən ayənin isə bağışlanma və ilahi rəhmətdən bəhs etdiyi, bunun da ölkənin regional diplomatiyada vasitəçilik roluna simvolik işarə kimi qiymətləndirildiyi qeyd olunur.
İran rəsmiləri bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyiblər.
21:05 04.07.2026
Oxunuş sayı: 81