Qazaxıstan yanacağın qanunsuz ölkədən çıxarılmasına qarşı nəzarəti gücləndirdi
Qazaxıstan hakimiyyəti yanacağın qanunsuz ölkədən çıxarılmasının qarşısını almaq məqsədilə sərhəd bölgələrində nəzarət tədbirlərini gücləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə sərhədyanı ərazilərdə gecə-gündüz patrul xidməti təşkil olunub.
Məlumata görə, mobil qruplar avtosisternləri, yanacaqdaşıyan avtomobilləri, eləcə də əlavə yanacaq çənləri və kanistrlərlə hərəkət edən nəqliyyat vasitələrini yoxlayır.
Qazaxıstanın maliyyə nazirinin müavini Yerjan Birjanov bildirib ki, son iki sutka ərzində sərhəd-keçid məntəqələrində ümumi həcmi 3 tondan artıq olan yanacağın qanunsuz çıxarılmasına cəhd göstərən 61 faktın qarşısı alınıb.
Bundan əlavə, dövlət gəlirləri orqanları yanacaq satış həcmində anormal artım qeydə alınan 62 yanacaqdoldurma məntəqəsi və 22 mini neft emalı zavodunda yoxlamalara başlayıb.
18:45 04.07.2026
Oxunuş sayı: 60