İspaniyada ukraynalı bloqerlə bağlı araşdırma başlayıb
İspaniyada ukraynalı bloqer Anatoli Şariyə qarşı çirkli pulların yuyulması və dələduzluq ittihamları ilə cinayət işi açılıb.
Crossmedia.az xəbər verir ki, “El Diario” iş materiallarına istinadən bu barədə məlumat yayıb.
İstintaqın məlumatına görə, Anatoli Şariy və həyat yoldaşı 10,7 milyon avro məbləğində dələduzluqda şübhəli bilinirlər. Araşdırma zamanı Şariyin Rusiya və Litvada bank hesabları, Rusiya və Lüksemburqdan həyata keçirilən P2P ödənişləri, həmçinin Qazaxıstandakı fiziki şəxslərdən və onlayn platformalar vasitəsilə daxil olan köçürmələr müəyyən edilib.
Nəşrin yazdığına görə, müstəntiqlər bu maliyyə əməliyyatlarının Ukraynanın maraqlarına qarşı fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı ola biləcəyini hesab edirlər.
İş çərçivəsində axtarışların da keçirildiyi bildirilib. Şariydən rəsm əsərləri, saatlar, 20 qızıl külçə, zinət əşyaları, kriptovalyuta, “Glock 19” markalı tapança və “Porsche Cayenne” avtomobili götürülüb.
Bloqer isə cinayət işinin “Ukraynanın tələbi ilə” açıldığını bildirib.
23:51 03.10.2026
Oxunuş sayı: 49