Hörmüz boğazı yaxınlığında daha bir gəmi partladıldı
Hörmüz boğazı yaxınlığında, İranın Kişm adası ətrafında partlayış səsləri eşidilib.
Crossmedia.az xəbər verir ki, “Mehr” xəbər agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, Kişm adasında və onun ətrafında aparılan araşdırma zamanı hər hansı təhlükəsizlik hadisəsi qeydə alınmayıb. Bununla belə, partlayış səsinin Hörmüz boğazı istiqamətindən gəldiyi bildirilib.
“Mehr” səsin boğazdan keçməyə çalışan bir gəmiyə müdaxilə ilə bağlı ola biləcəyini ehtimal edib. Hadisənin səbəbi ilə bağlı əlavə məlumat verilməyib.
00:21 04.10.2026
Oxunuş sayı: 48